Bakıda məhkəmə hakiminin yoldaşı qətlə yetirilib
15 Oktyabr 2010 Cümə 16:35
Məhkəmə hakiminin yoldaşı Natəvan Mahmudovanın meyiti evində tapılıb.
Bakıda müəmmalı qətl hadisəsi baş verib. Nizami rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Çobanzadə küçəsi 47, mənzil 30 ünvanında orada yaşayan 39 yaşlı Natəvan Həmid qızı Mahmudovanın meyiti tapılıb.

Hadisə barədə polisə məlumat daxil olan kimi, Nizami rayon və Bakı şəhər Prokurorluğunun əməkdaşları hadisə yerinə gələrək ilkin araşdırmalara başlayıblar.

Prokurorluğun məlumatına görə, qadının üzərində yüngül xəsarətlər olub. Hazırda meyit ekspertiza olunmaq üçün tibbi ekspertizaya göndərilib.

Rayon Polis İdarəsindən APA-ya bildirilib ki, qətlə yetirilən şəxs Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşıdır.

Faktla bağlı cinayət işi qaldırılıb, istintaq tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar