Bakıda məcburi köçkünün məskunlaşdığı sürücülük məktəbi yandı
11 Mart 2011 Cümə 11:01
Hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb.
Bu gün səhər Bakının Sabuncu rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Natavan küçəsi 20 ünvanında qeydə alınıb. Adi çağırış siqnalı əsasında hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Hazırda yanğın məhdudlaşdırılıb. Yanğın mənzilin dam örtüyünə ziyan vurub.
Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanğın Zəngilan rayonundan məcburi köçkün olan Həsən adlı şəxsin məskunlaşdığı evdə baş verib. Yanğın nəticəsində ölən və xəsarət alanın olmadığı bildirilir.
Qeyd edək ki, yanğının qeydə alındığı bina keçmiş sürücülük məktəbi olub. Hazırda isə orada məcburi köçkünlər məskunlaşıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: