Bakıda məcburi köçkünlərin yaşadığı yataqxana yandı
09 Fevral 2012 Cümə Axşamı 15:04
Hadisə Sabunçu rayonunda baş verib.
Bu gün Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi, Gənclər küçəsi “Razin” adlanan ticarət mərkəzinin yaxınlığında məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib. Fövqəlada Hallar Nazirliyinin Yanğından mühafizə xidmətindən ANS PRESS-ə verilən məlumata görə, yanğın saat 13:25 radələrində baş verib. Adi çağırışla hadisə yerinə 5 yanğınsöndürən maşın yollanıb. Yanğının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, ilkin ehtimala görə, sakinlərin sıx yerləşdiyi yataqxanada yanğın təhlükəsizlik tədbirlərinin qorunmaması səbəbindən baş verib. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar