Bakının Yasamal rayonu ərazisində piyadanın ölümü ilə nəticələnən yol-nəqlyyat hadisəsi baş verib. “Mercedes” markalı avtomobil metronun “İnşaatçılar” stansiyası yaxınlığında piyadanı vuraraq, hadisə yerini tərk edib.
Yasamal rayon Polis İdarəsinin müstəntiqi Ramin Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, 38 yaşlı piyada Məmmədov Gəncəvi Cavanşir oğlu aldığı xəsarətlər nəticəsində hadisə yerində həlak olub. Onu vuran maşının sürücüsü isə hadisə törətdikdən sonra Yasamal Rayon Polis İdarəsinin binası yaxınlığında maşını divara çırpıb.
Hadisəni törədən sürücünün tapılması üçün tədbirlər görülür. Faktla bağlı araşdırmalar davam etdirilir.
ANSPRESS
Bakıda maşınla piyada vurulub
Metronun “İnşaatçılar” stansiyası yaxınlığında piyadanı vuran maşının sürücü hadisə yerindən qaçıb




Şərhlər