Hadisə

Bakıda maşının vurduğu qadın xəstəxanada öldü

Hadisə Buzovna-Zaqulba yolunda baş verib

· Xəbərçi
Bakıda maşının vurduğu qadın xəstəxanada öldü
Baklıda ölümlə nəticələnən yol-qəza hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə mayın 19-u saat 11:00 radələrində Buzovna - Zaqulba yolunda qeydə alınıb.

Bərdə rayon sakini Nəbadi Həsənov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Bakı şəhər sakini Südabə Zeynalovanı vurub. Zərərçəkən 3 saylı şəhər kliniki xəstəxanasına daxil olsa da həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər