Bakıda maşın reklam dirəyinə çırpıldı, sürücü möcüzə nəticəsində sağ qaldı
30 Dekabr 2009 Çərşənbə 03:55
Yüksək sürətlə reklam dirəyinə çırpılan avtomobil iki yerə bölünüb, sürücü ağır xəsarət alıb
Bu gecə Bakının Nərimanov rayonu ərazisində yol qəzası baş verib. Ziya Bünyadov prospekti ilə hərəkət edən və 26 yaşlı Məmmədov Ramin Nizami oğlunun idarə etdiyi “Volkswagen” markalı avtomaşın idarəetmənin itirilməsi nəticəsində yolun kənarındakı reklam dirəyinə çırpılıb. Zərbənin gücündən avtomobil iki hissəyə parçalanıb. Avtomaşın o dərəcədə deformasiyaya uğrayıb ki, hadisə yerinə çağırılmış evakuator onu reklam dirəyindən çətinliklə ayırıb. çətinlik çəkirdi Sürücü qəzadan sonra ağır vəziyyətdə 1 saylı şəhər klinik xəstəxanasına çatdırılıb. Ramin Məmmədova ilkin olaraq qapalı kəllə-beyin travması, daxili orqanların zədələnməsi diaqnozu qoyulub.

Hadisə şahidlərinin sözlərinə görə sürücünün dönmə əməliyyatını yerinə yetirərəkən sürət həddini gözləməməsi qəzaya səbəb olub. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. Qəzanın səbəbələri ilə bağlı müvafiq ekspertizalar təyin edilib. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar