Hadisə

Bakıda magistral qaz kəmərində yanğın olub

Boru ilə qazın nəqli dayandırılıb

· Xəbərçi
Bakıda magistral qaz kəmərində yanğın olub
Azərbaycan paytaxtında qaz kəmərində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə dünən axşam Qaradağ rayonunda baş verib. Diametri 500 mm olan magistral qaz xəttinin rayon ərazisindən keçən hissəsində qəza nəticəsində yanğın baş verib və hadisə ərazisində olan mazut 45 kv/m sahədə yanıb.

Həmin qaz xətti ilə qazın nəqli Qaz Emalı Zavodunun işçiləri tərəfindən dayandırılıb. Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər ərazidən keçən magistral neft və qaz xətlərini yanğından mühafizə ediblər.

Yanğın saat 20:29-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Şərhlər