Bakıda liftin trosu qırıldı, 1 nəfər öldü
22 Avqust 2011 Bazar Ertəsi 23:34
Nasaz lift 33 yaşlı Mehriban Zəkiyevanın həyatına son qoyub
Bu gün Nizami rayonu, Babək prospekti, 85 ünvanında nasaz lift 9 mərtəbəli binanın 7-ci mərtəbəsində yaşayan 33 yaşlı Mehriban Zəkiyevanın həyatına son qoyub. Belə ki, o, liftlə 7-ci mərtəbəyə qalxdıqdan sonra enmək istəyərkən liftin qəfil aşağı hərəkət etməsi nəticəsində şaxtaya düşüb və hadisə yerindəcə keçinib.

Binanın sakinləri isə hadisədə lift idarəsinin əməkdaşlarını təqsirkar bilirlər. M.Zəkiyevanln qonşusu Xaqani Cəlilovun dediyinə görə, binanın yuxarı mərtəbələrində liftin işləmədiyi barədə məlumat olsa da, aşağı mərtəbələrdə belə yazı olmayıb.

Bina sakini Vaqif Baxışov isə deyir ki, lifti təmir edənlər səhlənkarlıqla yanaşırlar öz işinə: “Bir həftə bundan qabaq gəlib lifti açanda, gördüm ki, lift getdi. Az qaldı ki, mən ayağımı buraxım, gördüm lift yoxdur».

Elə məsələ ilə bağlı Lift Təmir İstehsalat Birliyinin Nizami rayonu şöbəsində olduq. Burada isə məlumat almaq istəyimiz idarə əməkdaşlarının kobud rəftarı ilə nəticələndi. Hər halda, ortada danılmaz ölüm faktı var. Bunu isə qapı bağlamaqla inkar etmək mümkün deyil. Faktla bağlı artıq Nizami rayon prokurorluğunda araşdırma aparılır.

18.54

Bu gün Xətai rayonu ərazisində, Babək prospektində yaşayan 33 yaşlı Mehriban Zəkiyeva liftlə 7-ci mərtəbəyə qalxarkən lift geri hərəkət edib. Mehriban Zəkiyeva da qəfil hərəkət edərək, liftin içərisində şaxtaya düşüb. O elə hadisə yerindəcə keçinib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri gəlib. Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, xilasedicilər binanın zirzəmisindən şaxtaya daxil olaraq, Mehriban Zəkiyevanın meyitini çıxararaq ekspertizaya təhvil verib.




DOSTLARINLA PAYLAŞ:

oyunlar