Bakının Səbail rayonunda kişi meyiti tapılıb. Rayon Polis İdarəsinin 39-cu polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, meyit bu gün saat 11.45 radələrində Fikrət Əmirov küçəsi 2 ünvanında aşkarlanıb.
Hadisə yerinə polis bölməsinin və prokurorluğun əməkdaşları gedərək, ilkin yoxlamalara başlayıblar.
Mərhumun ölüm səbəbi aparılan xarici və daxili müayinələrdən sonra müəyyənləşəcək.
Bakıda küçədən kişi meyiti tapılıb
Ölümün səbəbi araşdırılır




Şərhlər