Hadisə

Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını baltalayıb

Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını baltalayıb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən bildirilib.

· Xəbərçi
Bakıda kişi qeyri-rəsmi nikahda yaşadığı qadını baltalayıb


Hadisə paytaxtın Biləcəri qəsəbəsində qeydə alınıb. Xırdalan şəhər sakini Şadkamal Fətullayev mübahisə zəminində qeyri-rəsmi nikahda yaşadığı, Biləcəri qəsəbə sakini Gülnarə Mustafayevaya yaşadığı ünvanda balta ilə kəllə-beyin xəsarəti yetirib. Yaralı ağır vəziyyətdə Klinik Tibbi Mərkəzə yerləşdirilib.

Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisədə təqsirli bilinən Ş. Fətullayev martın 27-də tutulub.

Şərhlər