Bakının Lermontov küçəsində 25-30 yaşlı bir kişi intihara cəhd edib. O, yüksəkmərtəbəli binanın damına çıxaraq, özünü atmaq istəyib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəliblər. Onlar intihara cəhd edən şəxslə danışıqlar aparıblar və onu təhlükəli fikrindən daşındırmaq mümkün olub. Adı hələlik dəqiqləşdirilməyən şəxs FHN əməkdaşları tərəfindən xilas edilib.
Özünü atmaq istəyən bildirib ki, borcu var və pulu qaytara bilmədiyindən özünü öldürmək qərarına gəlib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda kişi özünü hündür binadan atmaq istəyib
İntihara cəhdin səbəbi borcunu qaytara bilməməsi olub




Şərhlər