Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində naməlum kişi meyiti tapılıb. Meyiti qəsəbə sakinləri aşkar ediblər. Təqribən 30-35 yaşlarında olan naməlum kişi meyiti qəsəbədəki “köhnə dairə” adlanan ərazidən tapılıb.
Xəzər rayonu 2-ci Polis Bölməsinin nöbətçi hissəsindən ANS PRESS-ə verilən məlumata görə, meyit saat 10:00 radələrində tapılıb və sakinlərin məlumatına əsasən polis əməkdaşları hadisə yerinə gedib. Meyit tibbi ekspertiza üçün morqa göndərilib. Onun şəxsiyyəti hələ müəyyənləşdirilməyib.
Faktla bağlı Respublika Prokrorluğunda araşdırma aparılır. ANSPRESS
Bakıda kişi meyiti tapılıb
30-35 yaşlı kişinin şəxsiyyəti bəlli deyil.




Şərhlər