Hadisə

Bakıda kişi arvadını kürəyindən bıçaqladı

Bakıda kişi arvadını kürəyindən bıçaqladı. Hadisə qısqanclıq üstündə baş verib.

· Xəbərçi
Bakıda kişi arvadını kürəyindən bıçaqladı
Bakıda bıçaqlanma hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə ötən gün axşam saat 18.30 radələrində Xətai rayonu ərazisində qeydə alınıb. Gürcüstan vətəndaşı Malik Əliyev qısqanclıq zəminində arvadı Aytən Həsənovaya kürək nahiyəsindən bıçaqla xəsarət yetirib. A.Həsənova xəstəxanaya yerləşdirilib. Qadının vəziyyəti orta-ağırdır.

Xətai Rayon Polis İdarəsi 34-cü polis bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Əliyev tutulub. ANSPRESS

Şərhlər