Bakıda zorlanma hadisəsi baş verib. Bu barədə ANSPRESS-ə Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsindən məlumat daxil olub.
Verilən məlumata görə, Sulutəpə qəsəbəsinin Çiçək adlanan yeni yaşayış sahəsində kirayədə yaşayan 17 yaşlı Şəmkir sakini G.V. (ad şərtidir) polisə müracət edərək, Ruslan adlı şəxs tərəfindən zorlandığını bildirib.
ANSPRESS-in əldə etdiyi məlumata görə, Binəqədi rayon Polis İdarəsinin 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində həmin şəxs saxlanılıb.
Bu, 1982-ci il təvəllüdlü Bakı şəhər sakini Ruslan Həsən oğlu Həsənovdur.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Bakıda kirayə qalan 17 yaşlı qız zorlanıb
Hadisəni törədən 23 yaşlı Bakı sakini saxlanılıb




Şərhlər