Hadisə

Bakıda “KİA” mağazaya çırpıldı

3 maşının toqquşması nəticəsində xəsarət alan olmayıb

· Xəbərçi
Bakıda “KİA” mağazaya çırpıldı
Bakının Nəsimi rayonu ərazisində bir neçə maşının toqquşması ilə nəticələnən qəza baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəza bu gün saat 14.35 radələrində rayonun Azadlıq prospektində qeydə alınıb.

Belə ki, prospekt ilə “Nəsimi” bazarına doğru hərəkət edən “KİA Sorento” markalı minik maşını sürücünün idarəetməsindən çıxaraq qəza yaradıb. Maşın ilk olaraq yolun hərəkət hissəsinin sağ tərəfindəki “VAZ-2107” və “Opel” markalı maşınlara dəyib, sonradan isə səkinin kənarında yerləşən “F-Tech” məişət texnikası mağazasının pilləkəninə çırpılıb. Nəticədə hər üç maşına və mağazanın pilləkəninə ciddi ziyan dəyib.

Nəsimi rayon Dövlət Yol Polisi İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hazırda idarənin əməkdaşları qəza yerinə gedərək ilkin araşdırmalara başlayıblar. Hadisənin səbəbi araşdırılır.

Şərhlər