Bakıda keyfiyyətsiz qida satan Türkiyə vətəndaşı saxlanıldı
24 Fevral 2010 Çərşənbə 14:30
Bakıda keyfiyyətsiz qida satan Türkiyə vətəndaşı iş başında yaxalanıb.
Bakıda keyfiyyətsiz un məmulatları satan Türkiyə vətəndaşı saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, bu, qurumun Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində, Bakının Nizami rayonu ərazisində yaşayan Türkiyə vətəndaşı Atilla Açandır. O, Bakı şəhəri Nəvai küçəsindəki fərdi şirkətində, qida məhsulu üçün keyfiyyətsiz və istifadəyə yararsız 300 qutu üzərində “Ətli, kartoflu və sosisli Çin Fəsəlisi” sözləri yazılmış un məmulatlarını satarkən tutulub.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində anbara baxış zamanı əlavə olaraq istifadə müddəti bitmiş, 1 405 manat dəyərində 1 756 qutu ətli, kartoflu və sosisli un məmulatları aşkar edilərək götürülüb.
Hazırda faktla əlaqədar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar