Bakıda iki qohumunu öldürən şəxs öz arvadı ifşa etdi
05 Sentyabr 2011 Bazar Ertəsi 10:55
Kişini döyərək öldürən qatil, onun qadın qomumunu dəsmalla boğub
Bakının Xəta rayonunda dəhşətli qətl hadisəsi törədilib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə Aşıq Qurbanov küçəsində sentyabrın 2-də və 3-də baş verib.
Həmin ünvanda kirayədə yaşayan Sumqayıt şəhər sakini, 47-ci il təvəllüdlü Abaydulin Nail Rəşidoviç aralarında yaranan şəxsi mübahisə zəminində birlikdə kirayə qaldığı, Nərimanov rayon sakini 1947-ci il təvəllüdlü, subay Viktor Bıkovu təpik və yumruqla döyərək qətlə yetirib. O, ertəsi gün isə Bıkovun yaxın qohumu olan Svetlananı da həmin ünvanda əl dəsmalı ilə boğaraq qətlə yetirib. Qatil meyitləri mənzilin həyətindəki quyuya atıb, basdırarkən arvadı Raisa Arisovna tərəfindən ifşa edilib. Belə ki, ər meyitləri həyətdə basdırarkən o, kağızı parçasına hadisə barədə bir neçə cümlə yazaraq qonşu Nurasta Tağıyevanın həyətinə atıb. Məlumatı oxuyan qonşu isə 37-ci polis bölməsinə müraciət edərək hadisə barədə xəbər verib. Baş verənlərdən xəbər tutan ər dərhal evi tərk edib.
Hadisə yerinə polis və Prokurorluq orqanlarının əməkdaşları gəlib.
Hazırda hadisəni törədən şəxsin axtarışı davam edir. Faktla bağlı AR Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
DOSTLARINLA PAYLAŞ: