Bakıda iki qardaş gənc qızı döyüb öldürdü
20 Fevral 2012 Bazar Ertəsi 10:40
Öldürülən və qətli törədənlər tüfeyli həyat tərzi keçirirmiş
Fevralın 19-da Bakıda qətl hadisəsi baş verib. Sabunçu rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Sabunçu qəsəbəsi, Bəhruz Kəngərli küçəsi ev 29-da 1982-ci il təvəllüdlü Məlikova Günel Nurulla qızının meyiti tapılıb. Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanıb və onun döyülərək öldürüldüyü müəyyən edilib.
İlkin araşdırmalardan sonra 30 yaşlı G.Məlikovanın həmin evdə birgə yaşadığı 1957-ci il təvəllüdlü Məmmədov Kamil Abutalıb oğlu və onun qardaşı 1951-ci ildə anadan olmuş Məmmədov Rafiq Abutalıb oğlu tərəfindən döyüldüyü müəyyən edilib.
Qeyd edək ki, yuxarıda adları sadalanan qardaşlar və öldürülmüş qız tüfeyli həyat tərzi keçirirmiş.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü maddəsi ilə iş başlanılıb.
DOSTLARINLA PAYLAŞ: