Hadisə

Bakıda iki qardaş bıçaqlandı

Hadisədə şübhəli bilinən şəxs saxlanılıb

· Xəbərçi
Bakıda iki qardaş bıçaqlandı
Bakıda iki qardaş bıçaqlanıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə noyabrın 24-də Xətai rayonunun A.Ələsgərli küçəsində baş verib.

Neftçala rayon sakini Rafiq Lətifov Bərdə rayon sakinləri Zamin İsmayılova və qardaşı Talehə bıçaq xəsarətləri yetirib.

Xətai rayon Polis İdarəsi 36-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində hadisədə şübhəli bilinən şəxs tutularaq bölməyə gətirilib. Araşdırma aparılır.

Şərhlər