Bakıda iki minik maşını ilə avtobusun toqquşub
23 Fevral 2011 Çərşənbə 05:16
Qəzada minik avtomobillərinin sürücüləri ağır xəsarət alıb
Ötən gecə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Ordubadi küçəsində yol nəqliyyat hadisəsi qeydə alınıb. Qəza iki minik avtomobili ilə iritutumlu sərnişin avtobusunun toqquşması nəticəsində baş verib. Qeyd edək ki, Veysəlov Vəli Əli oğlunun idarə etdiyi “Mercedes” markalı minik maşını yolun əks tərəfi ilə hərəkət edən, Hüseynov İlham Xalid oğlunun idarə etdiyi “Vaz 2103” markalı avtomobillə toqquşub. Bundan başqa toqquşan avtomobillər Azər Məmmədovun idarə etdiyi 202 saylı marşrutla hərəkət edən “Daewoo” markalı avtobusa da dəyib.
Hadisə, “Jiquli” markalı avtomobil ötmə əməliyyatını icra etmək üçün sərnişin boşaltmaq məqsədilə dayanacaqda dayanmış marşrut avtobusunu keçmək istəyərkən meydana gəlib. Bu vaxt qarşıdan gələn digər nəqliyyat vasitəsinin yolu daralıb və yaranmış vəziyyət avtoqəzaya səbəb olub.
Qəza nəticəsində ağır bədən xəsarətləri alan minik avtomobillərinin sürücüləri təcili tibbi yardım maşını ilə 1 saylı xəstəxanaya çatdırılıb. Xəstəxananın həkimləri tərəfindən müayinə olunan zaman Vəli Veysəlovun onurğa nahiyəsindən ciddi xəsarət aldığı, sol baldır nahiyəsindən xəsarət alan İlham Hüseynovun vəziyyətinin isə nisbətən yüngül olduğu müəəynləşib. Yaralılara müvafiq yardım olunmaqla stasionar müalicə təyin edilib.
Hadisə yerində Binəqədi rayon polis idarəsinin və dövlət yol polis şöbəsinin əməkdaşları qəzanın səbəblərini araşdırmağa başlayıb.
DOSTLARINLA PAYLAŞ: