Hadisə

Bakıda iki fəhlə 10-cu mərtəbədən yıxılaraq ölüb

Həlak olanlardan biri Türkiyə vətəndaşıdır.

· Xəbərçi
Bakıda iki fəhlə 10-cu mərtəbədən yıxılaraq ölüb
Bakıda iki tikinti şirkətində ölüm hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ilk ölüm hadisəsi fevralın 14-də Nizami rayonu H.Əliyev prospektində inşa olunan tikintidə qeydə alınıb. Orada işləyən Cəlilabad rayon sakini Fariz Kərimov 10-cu mərtəbədən yıxılaraq ölüb.

Digər ölüm hadisəsi Yasamal rayonu M.Müşfiq küçəsindəki "Gilan" tikinti şirkəti tərəfindən inşa olunan binada baş verib. Dünən orada işləyən Türkiyə vətəndaşı Edib Baybars Seladdin oğlu 10-cu mərtəbədən yıxılaraq ölüb.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər