Bakıda, içində 25 ton yanacaq olan avtomobil yanıb
13 May 2011 Cümə 07:05
Vaxtında yanğından mühafizə xidmətinə xəbər verilməsi böyük bir fəlakətin qarşısını alıb
Bakının Nərimanov rayonunda yanacaqdoldurma məntəqəsinə benzin aparan maşın alışaraq yanıb. Hadisə rayonun Ziya Bünyədov prospektində avtomobilin kabinəsində meydana gələn yanğın nəticəsində baş verib. “Kamaz” markalı avtomobilin sürücüsü Məhəmmədəli Xankişiyev yanğının elektrik sistemində meydana gələn nasazlıq səbəbilə baş verdiyini deyib. Qeyd edək ki, hadisə baş verən zaman avtomobildə 25 ton yanacaq olub.
Yanğınla mübarizədə aciz qalan sürücü Məhəmmədəli Xankişiyev isə təcili olaraq yanğından mühafizə xidmətinə məlumat verməklə, baş verə biləcək partlayışın qarşısını alıb: “Gördüm tüstüləyir, boğuldum düşdüm. Əvvəlcə oqnotuşitellə söndürmək istiədim, sonra döşəklə basıb söndürmək istədim alınmadı. Zəng elədim yanğından mühafizə xidmətinə, avtobazaya, hamısına xəbər verdim. Gedirdim, saxladım tez düşdüm. Maşın doludur. Yanacaq aparırdım”.
Hadisənin daha dəqiq səbəblərini isə Fövqəladə hallar nazirliyinin (FHN) təhqiqat qrupu araşdırır.
DOSTLARINLA PAYLAŞ: