Bakıda içərisində 78 5 min dollar olan sellofan paketi oğurlayanlar tutulub
25 Yanvar 2012 Çərşənbə 10:54
Gürcüstan vətəndaşını soymaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.
Bakıda yeni il ərəfəsində baş verən oğurluq hadisəsinin üstü açılıb. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, dekabrın 29-u 2011-ci il tarixdə naməlum şəxslər Nizami rayonu Ə.Kürçaylı küçəsində Gürcüstan vətəndaşı Eldar Musayevin əlindən içərisində 78 500 ABŞ dolları olan sellofan paketi alıb qaçıblar. Nəsimi Rayon Polis İdarəsi MB-in əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilənən Zəngilan rayon sakini Oruc Mehdiyev, Bakı şəhər sakinləri Rövşən Rəfiyev və Bəhruz Məmmədov yanvarın 24-də yaxalanıblar.
DOSTLARINLA PAYLAŞ: