Bakıda “Honda”, “Opel” və “Mercedes” toqquşub
10 Mart 2011 Cümə Axşamı 06:26
Qəzada xəsarət alan olmasa da hər üç avtomobilə ciddi ziyan dəyib
Ötən gecə Suraxanı rayonu ərazisində üç minik avtomobilinin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib. Qəzada ilk zərbəyə məruz qalan Tərlan Balayevin idarə etdiyi “Honda” markalı minik maşını olub.

Sürücü Babayev Yeni Günəşli qəsəbəsindən metronun Xalqlar Dostluğu stansiyası istiqamətdə hərəkət etdiyini, qəfildən qarşısına çıxan avtomobil səbəbilə əyləci basdığını, bundasn sonra qəza baş verdiyini deyib.

Qeyd edək ki, eyni istiqamətlə Məhəmməd Rəhmətovun idarə etdiyi “Opel” markalı avtomobil arxadan “Honda”ya çırpılıb. Qəzanın əsas səbəbkarı isə “Opel”in arxası ilə eyni istiqamətdə hərəkət edən, “Mercedes” markalı üçüncü avtomobil olub.

Qəzada, sürücü Məhəmməd Rəhmətovun başından aldığı yüngül zədənin xaricində xəsarət alan olmayıb. Hadisə nəticəsində hər üç avtomobilə ciddi ziyan dəyib.

Yol qəzasının dəqiq baş vermə səbəbləri Suraxanı rayon Dövlət yol polis şöbəsinin müfəttişləri tərəfindən aparılan araşdırmadan sonra məlum olacaq.


DOSTLARINLA PAYLAŞ:

oyunlar