Hadisə

Bakıda həyət evində iki nəfərin meyiti tapıldı

Hər iki şəxsin dəm qazından zəhərləndiyi ehtimal olunur

· Xəbərçi
Bakıda həyət evində iki nəfərin meyiti tapıldı
Bakının Sabunçu rayonunda mənzildə iki nəfərin meyiti tapılıb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, onlar 65 yaşlı Eldar Əzimov və 40 yaşlı Tavad Şironovadır. Hər iki şəxsin meyiti fevralın 23-də saat 11:00 radələrində Bakıxanov qəsəbəsində yerləşən həyət evinin hamamında aşkarlanıb.

Meyitlərin üzrəində xəsarət olmayıb. Meyitlərə baxış keçirilib, ekspertiza təyin olunub. Hər iki şəxsin dəm qazından zəhərləndiyi ehtimal olunur.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər