Qadının jiletinin cibindən əl dəsmalının içində heroin aşkarlanıb.
Bakıda məhkum qızına narkotik maddə keçirən qadın tutulub. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr mərkəzindən milli.az-a verilən məlumata görə, xidmətin və 4 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatları tərəfindən müəssisəyə qadağan olunmuş əşyaların keçirilməsi cəhdinin qarşısı alınıb.
Martın 24-də həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 4 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 25 yaşlı məhkum Qulamova Lalə Qulam qızının yanına qısamüddətli görüşə gəlmiş anası Qulamova Gülçöhrə Qafar qızının üzərinə baxış keçirilib. Baxış zamanı onun əynində olan jiletin cibindən əl dəsmalının içində 1 ədəd sellofana bükülmüş ümumi çəkisi 1,196 qram olan narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Onu da əlavə edək ki, L.Qulamova Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.