Bakıda Gürcüstan vətəndaşı qətlə yetirilib
18 May 2011 Çərşənbə 10:56
Hadisə çay evinin qarşısında törədilib
Bakının Nizami rayonunda qətl hadisəsi baş verib. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gecə saat 02.00 radələrində Naxçıvanski küçəsi, 84 ünvanında yerləşən “Qəlyan” çay evinin qarşısında qeydə alınıb.
Bakının Naxçıvani küçəsi ev 15, mənzil 35-də yaşayan 23 yaşlı Anar Ramiz oğlu Xəlilov ürək nahiyəsindən bıçaq yarası alıb. O, təcili yardım maşını ilə xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
A. Xəlilov Gürcüstanın Bolnisi rayon sakini imiş.
Qətlin kimin tərəfindən və hansı səbəbdən törədildiyi Prokurorluq tərəfindən araşdırılır.
DOSTLARINLA PAYLAŞ: