Hadisə

Bakıda gənc qadın ürəyindən vuruldu

Qadının əri tərəfindən bıçaqlandığı bildirilir.

· Xəbərçi
Bakıda gənc qadın ürəyindən vuruldu
Bakının Nəsimi rayonunda gənc qadın ölümcül bıçaqlanıb. Rayon Polis İdarəsindən Milli.az-a verilən məlumata görə, Nəsib bəy Yusifbəyli küçəsindəki evdə yaşayan 34 yaşlı Zəminə Alıyeva döş qəfəsindən bıçaqlanıb.

Gecə saat 04:00 radələrində 1 saylı Şəhər Xəstəxanasına ürək nahiyəsindən aldığı bıçaq yarası ilə çatdırılan yaralı reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağırdır.

Zərərçəkmişin əri tərəfindən bıçaqlandığı bildirilir. İlkin məlumata görə, avtoyuma məntəqəsində işləyən əri gecə saatlarında evə gəlib və Z.Alıyeva ilə mübahisə edib. Sonra isə bıçağı onun ürəyinə vurub.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər