Bakıda gənc oğlan yolun ortasında intihara çalışdı
25 İyul 2014 Cümə 12:27
Oğlan insanların gözü qarşısında sirkə turşusu içib.
Ötən gün Bakının Nizami rayonunda gənc oğlan vətəndaşları həyəcanlandırıb. Rayon Polis İdarəsindən ANS PRESS-ə verilnə məlumata görə, hadisə “Koroğlu” metrostansiyasının yanında baş verib.

Belə ki, gənc bir oğlan insanların gözü qarşısında sirkə turşusu içib. Gənc sirkə turşusunu içəndən sonra yerə yıxılıb. Dərhal hadisə yerinə təcili yarıdm həkimləri və polis əməkdaşları cəlb olunub.

Araşdırmalar zamanı məlum olub ki, 20 yaşlı Azər adlı gənc özünü öldürmək məqsədilə sirkə turşusu içib. Onu ağır vəziyyətdə Toksikologiya İnstitutuna aparıblar. Həkimlərin səyi nəticəsində gəncin həyatını xilas etmək mümkün olub.

Hazırda gəncin nə səbəbə özünü öldürmək istəməsi araşdırılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar