Bakıda gənc ana və oğlunun meyiti tapıldı
07 Aprel 2011 Cümə Axşamı 11:10
Ana-balanın dəm qazından boğulması ehtimal olunur
Bakının Yasamal rayonunda yerləşən mənzildə ana-balanın meyitləri tapılıb. Rayon Prokurorluğundan Milli.Az-a verilən məlumata görə, hadisə aprelin 6-da saat 14:00 radələrində Z.Kərimov küçəsində baş verib. Mənzildə kirayə yaşayan 32 yaşlı Aytac Məmmədzadə və 3 yaşlı Mehdi Məmmədovun meyitləri hamam otağında aşkarlanıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Ana-balanın dəm qazından boğulması ehtimal olunur. Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar