Hadisə

Bakıda gecə klubu yanır

Hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb.

· Xəbərçi
Bakıda gecə klubu yanır
Bakı şəhəri Nəsimi rayonu ərazisində gecə klublarının birində yanğın baş verib. Yanğın səhər saat 09:00 radələrində başlayıb. Dövlət Yanğından Mühafizə Xidmətindən ANS PRESS-ə verilən məlumata görə, adıçəkilən ünvandakı yeraltı obyetlərin birindəki yanğınla mübarizə üçün hadisə yerinə 3 yanğınsöndürən maşın yollanıb. Verilən məlumata görə, hazırda yanğının söndürülməsi davam edir.

Qeyd edək ki, yanğın zamanı xəsarət olub-olmaması barədə məlumat verilmir. Hadisənin baş vermə səbəbi isə, yanğın tamamilə söndürüldükdən sonra məlum olacaq.

Şərhlər