Bakının Nərimanov rayonunda ölüm hadisəsi baş verib. Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün səhər saat 09.40 radələrində Ağa Nemətulla küçəsində baş verib.
Yeni tikilən 19 mərtəbəli binada fəhlə işlədiyi bildirilən şəxs hündürlükdən yıxılıb. Yaralı aldığı xəsarətlərdən elə hadisə yerindəcə keçinib. Onun hansı səbəbdən yıxıldığı isə bilinmir.
Əraziyə polis və Prokurorluğun əməkdaşları yollanaraq ilkin araşdırmalara başlayıblar.
Mərhumun kimliyi müəyyənləşdirilir.
Bakıda fəhlə binadan yıxıldı
O, hadisə yerindəcə keçinib




Şərhlər