Hadisə

Bakıda fəhlə 4-cü mərtəbədən yıxıldı

Vəziyyəti ağırdır

· Xəbərçi
Bakıda fəhlə 4-cü mərtəbədən yıxıldı
Bakının Binəqədi rayonundakı tikintidə bədbəxt hadisə baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z.Bünyadov prospektində "Kontinental" MMC tərəfindən inşa olunan 16 mərtəbəli yaşayış binasında orada işləyən Bakı şəhər sakini Ağalar Əhmədov 4-cü mərtəbədən yıxılıb.

Nəticədə xəsarət alan A.Əhmədov xəstəxanaya yerləşdirilib, vəziyyəti ağırdır.

Şərhlər