Bakıda fəhlə 19 mərtəbəli binadan yıxılaraq öldü
02 Dekabr 2011 Cümə 10:48
Ölümlə nəticələnən bədbəxt hadisə Yeni Yasamal ərazisində baş verib.
Bakı şəhəri Yasamal rayonu ərazisində ölüm hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal qəsəbəsi Talıblı küçəsi 4 ünvanında tikilməkdə olan 19 mərtəbəli binada qeydə alınıb. Binada fəhlə işləyən Sabirabad rayon sakini, 21 yaşlı Vətən Vəliməmməd oğlu Xankişiyev binanın damından yıxılaraq ölüb.

İlkin ehtimala görə, o, binanın damını təmir edərkən ehtiyatsızlıqdan müvazinətini itirib. Faktla bağlı aradırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar