Hadisə

Bakıda əxlaqsızlıq yuvaları saxlayan qadın ələ keçib

əxlaqsızlıq yuvaları saxlayan qadın Nəsimi polisi tərəfindən saxlanılıb.

· Xəbərçi
Bakıda əxlaqsızlıq yuvaları saxlayan qadın ələ keçib
Bakıda əxlaqsızlıq yuvaları saxlayan qadın ələ keçib. Bu barədə ANS PRESS-ə Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub.

Nəsimi Rayon Polis İdarəsi 22-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində AR CM-in 244-cü (əxlaqsızlıq yuvaları saxlama) maddəsi ilə axtarışda olan Gülnarə Hacıyeva mayın 22-də tutularaq məsuliyyətə cəlb olunub.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb, araşdırma aparılır. ANSPRESS

Şərhlər