Bakıda evin həyətində uçqun olub, 1 nəfər ölüb
22 Fevral 2012 Çərşənbə 19:30
Hadisə paytaxtın Binəqədi rayonunda baş verib.
Bu gün Bakıda fərdi yaşayış evinin həyətində uçqun hadisəsi baş verib. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə yerinə nazirliyin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, Binəqədi rayonunda yerləşən fərdi yaşayış evinin həyətindəki hamamın betondan olan tavanı təmir işləri aparılarkən uçub, 1989-cu il təvəllüdlü Nurlan Allahverdi oğlu Qasımov hadisə yerində ölüb.
N.Qasımovun cəsədi xilasedicilər tərəfindən aidiyyəti üzrə təhvil verilib.
DOSTLARINLA PAYLAŞ: