Hadisə

Bakıda evdən 100 min dollar oğurlayan şəxs tutulub

Oğurluq hadisəsi oktyabrın 31-də baş verib

· Xəbərçi
Bakıda evdən 100 min dollar oğurlayan şəxs tutulub
Bakı sakininin evindən 100 min dollar oğurlayan şəxs tutulub. Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, oğurluq hadisəsi oktyabrın 31-də baş verib. Belə ki, Cavanşir küçəsində yaşayan Mahmud Bəxtiyarovun mənzilindən açar seçmə yolu ilə 100 min ABŞ dolları oğurlanıb.

Cinayəti törədən Bakı şəhər sakini Şahmar Bəxtiyarov noyabrın 29-da Bakı şəhər BPİ CAİ, Xətai RPİ CAŞ və 36-cı PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Oğurlanmış pulun müəyyən hissəsi Şahmar Bəxtiyarovdan aşkar edilərək götürülüb.

Şərhlər