Bakının Nəsimi rayonu ərazisində yerləşən fərdi yaşayış evində güclü yanğın olub. ANS PRESS-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın ümumi sahəsi 20 kv.m olan birmərtəbəli 1 otaqlı fərdi evdə meydana gəlib. Yanğın zamanı evin yanar konstruksiyaları və ona bitişik həyətdə tikilmiş ümumi sahəsi 45 kv.m olan otağın tavanı 10 kv.m sahədə yanıb.
Yaxınlıqdakı ev yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı ev sahibi tüstüdən zəhərlənmiş halda yanğınsöndürənlər tərəfindən xilas edilərək Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarına təhvil verilib. Bitişik evlər yanğınsöndürənlər tərəfindən yanğından mühafizə olunub. Yanğın saat 00:50-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bakıda evdə güclü yanğın olub
Ev sakini tüstüdən zəhərlənərək xəstəxanaya yerləşdirilib.




Şərhlər