Bu gün saat 03.00 radələrində Bakının Suraxanı rayonunda ölümlə nəticələnən yanğın hadisəsi baş verib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yanğın Hövsan kəndində Rasim Şabayevə məxsus 2 otaqlı evdə olub.
Yanğın nəticəsində ev əşyaları ilə birlikdə yanıb. Yanğın söndürüləndən sonra ev sahibi Rasim Şabayevin yanmış meyiti tapılıb.
İlkin yoxlama prokurorluq tərəfindən aparılır.
Bakıda ev sahibi ilə birlikdə yanıb
Hadisə Suraxanı rayonunda baş verib




Şərhlər