Bakıda ər və arvadı qətlə yetirilib
12 İyul 2011 Çərşənbə Axşamı 17:19
Onların meyiti üç gün sonra evdən tapılıb.
Bakının Nərimanov rayonunda qətl hadisəsi törədilib. Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, Ağa Neymətulla küçəsi 62 ünvanındakı mənzildən ər və arvadın qətlə yetirilmiş meyitləri tapılıb.
Hadisə yerinə baxış keçirilərkən məlum olub ki, adıçəkilən ünvanda yaşayanlar – 76 yaşlı Cabbar Cəfər oğlu Əkbərov və onun həyat yoldaşı, 74 yaşlı Tellər Cəfərovanın meyiti tapılıb. Məlumata görə, evin kişisi naməlum şəxs və yaxud şəxlər tərəfindən bıçaqla, qadın isə küt alətlə qətlə yetirilib.
Hadisənin kimin tərəfindən törədildiyi məlum deyil.
Baş vermiş hadisə ilə əlaqədar Bakı Şəhər Baş Polis İdarəsinin və Bakı şəhər Prokurorluğunun yüksək rütbəli əməkdaşları hadisə yerinə gəliblər.
Qeyd edək ki, bu, Bakının Nərimanov rayonunda son bir-neçə gündə törədilən 3-cü ağır cinayət hadisəsidir. Belə ki, üç gün əvvəl “Azercell”in əməkdaşlarına silahlı basqın edən naməlum şəxslər onlara xəsarət yetirərək külli miqdarda pul aparıblar.
İyulun 11-də isə “Azər-Ross” MTK-nın Nərimanov rayonundakı ofisinə silahlı basqın olub. Basqın zamanı şirkətin rəhbəri qətlə yetirilib, baş mühasibi isə xəsarət alıb.
Hər üç cinayət hadisəsinin üstü hələ də açılmayıb. anspress
DOSTLARINLA PAYLAŞ: