Hadisə

Bakıda ər arvadını qətlə yetirib

Hadisə qısqanclıq zəminində baş verib

· Xəbərçi
Bakıda ər arvadını qətlə yetirib
Bakının Nərimanov rayonunda ağır qətl hadisəsi baş verib. Nərimanov rayon Prokurorluğundan verilən məlumata görə, hadisə ötən gecə, rayonun Çəmənzəminli küçəsində qeydə alınıb.

Rayon sakini, 51 yaşlı Tofiq Qasımov həyat yoldaşı, 49 yaşlı Ceyran Qasımovanı bıçaqlayıb. Aldığı çoxsaylı bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən qadını xilas etmək mümkün olmayıb və o, xəstəxanada dünyasını dəyişib.

Hadisəni törədən T. Qasımov polisə gələrək könüllü təslim olub. O, həyat yoldaşını qısqanclıq zəminində öldürdüyünü etiraf edib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq aparılır.

Şərhlər