Bakıda ər arvadını amansızlıqla döydü
10 Fevral 2012 Cümə 10:30
Ağır vəziyyətdə xəstəxanaya çatdırılan qadının dalağı çıxarıldı.
Fevralın 9-da Bakıda ailədaxili zorakılıq nəticəsində döyülmüş qadın xəstəxanaya düşüb. Suraxanı rayon Polis İdarəsindən lent.az-a verilən məlumata görə, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi ev 15-B, mənzil 41-də 1977-ci il təvəllüdlü Babayev Telman Əziməli oğlu ailə münaqişəsi zəminində həyat yoldaşı Babayeva Afət Zakir qızını amansızlıqla döyüb. T.Babayev həyat yoldaşına çoxsaylı bədən xəsarətləri yetirib, ona təpiklə zərbələr vurub.

Nəticədə A.Babayeva ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlər ilkin müayinədən sonra qadının dalağının zədələndiyini və kəskin daxili qanaxmanın baş verdiyini müəyyənləşdiriblər. Dərhal A.Babayeva əməliyyat olunub və onun dalağı çıxarılıb. Hazırda xəstəxanada olan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Qeyd edək ki, Babayev Telman Əziməli oğlu 2009-cu ildə daha əvvəllər ailə münaqişəsi zəminində anası Babayeva Roza Muxtar qızını əl və ayaqqabı ilə vuraraq, alın nahiyəsindən, sol gözünün üst qapağından və sağ qolundan bədən xəsarətləri yetirdiyinə görə, məhkumluq həyatı yaşayıb. Həmin vaxt anasını döydüyünə görə Cinayət Məcəlləsinin 132-ci (döymə) maddəsi ilə ittiham olunan T.Babayev barəsində bu dəfə 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə iş başlanılıb. İşin istintaqını Suraxanı rayon Polis İdarəsi aparır.



DOSTLARINLA PAYLAŞ:

oyunlar