Bakının Nərimanov rayonunda elektrovoz qatarında yanğın olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, hadisə martın 28-də saat 20.55 radələrində Biləcəri-Keşlə mənzilinin 2654-cü km-də baş verib.
Məlumata görə, elektrovozda yaranan qısaqapanma nəticəsində yanğın baş verib. Nəticədə elektrovozun mühərrik hissəsinin yanar konstruksiyaları yanıb, xəsarət alan olmayıb.
Bakıda elektrik qatarında yanğın olub
Xəsarət alan yoxdur




Şərhlər