Bakıda ədliyyə mayoru dəhşətli qətl törədib
23 Avqust 2010 Bazar Ertəsi 11:10
Bakıda ədliyyə mayoru yaxın tanışı ilə birlikdə Biləcəri Enerji Təchizatı İdarəsinin rəisinə 70 bıçaq zərbəsi vurub.
Bakıda dəhşətli qətl hadisəsi baş verib. Bu barədə Yasamal Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə avqustun 22-də baş verib.
Rayonun Bünyadzadə küçəsi, ev 230, mənzil 10-da yaşayan Biləcəri Enerji Təchizatı İdarəsinin rəisi, 52 yaşlı İsmayıl Allahverdiyev öz evində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin əməkdaşı, ədliyyə-mayoru 35 yaşlı Habil Bayramov və onun yaxın tanışı, 36 yaşlı Faiq Yəhyayevlə tərəfindən bıçaqlanaraq öldürülüb. İ. Allahverdiyevə ümumilikdə 70 bıçaq zərbəsi vurulub.
İ. Allahverdiyevin səsinə qonşuların gəldiyini görən, H. Bayramov özünü beşinci mərtəbədən atıb. F. Yəhyayev isə cinayət başında yaxalanıb.
Hadisənin şəxsi münaqişə zəminində baş verdiyi bildirilsə də təfərrüatlar hələlik tam dəqiqləşdirilməyib. Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən AR CM-nin 120.1.2 və 120.1.4-cü maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam edir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: