Bakının Səbail rayonunda əcnəbi vətəndaş bədbəxt hadisə nəticəsində həyatını itirib. Rayon Prokurorluğundan verilən məlumata görə, Yeni Zelandiya vətəndaşı olan 41 yaşlı Conatan Edvard Devid kirayə yaşadığı Əlizadə küçəsi 8 ünvanında binanın 5-ci mərtəbəsindən yıxılıb. E.Conatan aldığı xəsarətlərdən yerindəcə ölüb.
Bakıya bir neçə il əvvəl gələn E.Conatan “Backher” şirkətində işləyirmiş. Hadisə baş verən zaman o, sərxoş olub.
Faktla bağlı Səbail rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.
Bakıda əcnəbi vətəndaş 5-ci mərtəbədən yıxılıb
Yeni Zelandiya vətəndaşı hadisə yerində ölüb




Şərhlər