Bakıda külli miqdarda saxta əsginası dövriyyəyə buraxmaq istəyən dəstə ifşa olunub. Bu barədə ANS PRESS-ə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, metronun “Məşədi Əzizbəyov” stansiyasının yaxınlığında Cəlilabad şəhər sakini Səxavət İsmayılov, Bakı şəhər sakinləri Kamran Ələkbərov, Mirzəbala Ağayev və Bəhruz Bayramov 600 ədəd 100 manatlıq saxta əsginası 20 000 ABŞ dollarına satarkən saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Bakıda dövriyyə saxta pul buraxmaq istəyənlər tutulub
Bir qrup şəxs 600 ədəd 100 manatlıq saxta əsginası 20 000 ABŞ dollarına satarkən saxlanılıblar.




Şərhlər