Bakıda dost dostunu güllələdi
13 Sentyabr 2011 Çərşənbə Axşamı 11:18
Sol bud nahiyyəsindən yaralanan 59 yaşlı kişinin vəziyyəti orta ağırdır
Yasamal rayonunda güllələnmə hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə ötən gün saat 19.00 radələrində rayonun N.Nərimanov küçəsində qeydə alınıb.
Səbail rayon sakini 59 yaşlı Əliyev Tahir Həsən oğlu lüləsi və qundağı kəsilmiş 16 mm kalibirli ov tüfəngi ilə “VAZ-2106” markalı maşında olarkən yaxın dostu Bakı şəhər sakini həmyaşıdı Əliyev Bəhram Həsən oğlunu güllələyib. Sol bud nahiyyəsindən xəsarət alan yaralı təcili yardım maşını ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilir. B.Əliyevin vəziyyəti orta ağırdır.
İlkin məlumata görə, hadisə təsadüfü açılan atəş nəticəsində baş verib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
DOSTLARINLA PAYLAŞ: