Bakı şəhərində Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması barədə polisə yalan məlumat verilib. Daxili İşlər Nazirliyinin məlumatına görə, bu gecə saat 00.59 radələrində Maştağa qəsəbəsi M.Şəfai küçəsi ev 34-dən özünü təqdim etməyən şəxs polisə zəng edərək Maştağa Dəmir Yolu Stansiyasına bomba qoyulması və səhər saat 09.00-da partlayacağı barədə məlumat verib.
Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində stansiyasiyaya bomba qoyulması barədə polisə yalan məlumat vermiş Maştağa qəsəbə sakini İqor Fedoseyev tutulub. /ANS PRESS/