Bakıda dəhşət: qısqanc oğlan sevdiyi qızı və özünü güllələdi
02 Dekabr 2011 Cümə 16:23
Hadisə qısqanclıq zəminində baş verib.
Bakıda oğlan sevdiyi qızı və özünü odlu silahla vurub. Bakının Nizami rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, saat 15 radələrində 238 saylı məktəbin arxasında Ramin Əsgərov odlu silahla əvvəlcə sevdiyi qızı - Aytən Şahbazovanı, sonra isə özünü vurub.

Məlumata görə, Aytən Şahbazova hadisə yerində keçinib, Ramin Əsgərov isə yaralı vəziyyətdə xəstəxanaya aparılıb.

İlkin məlumata görə, hadisə qısqanclıq zəminində baş verib.

Faktla bağlı araşdırmaya başlanılıb.


DOSTLARINLA PAYLAŞ:

oyunlar