Hadisə

Bakıda dayanacaqda avtobus gözləyən kişi qəflətən ölüb

60 yaşlı kişinin şəxsiyyəti müəyyənləşdirilir.

· Xəbərçi
Bakıda dayanacaqda avtobus gözləyən kişi qəflətən ölüb
Bakı şəhərində səhər saatlarında meyit aşkar edilib. Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından ANS PRESS-ə verilən məlumata görə, hadisə səhər saat 09:20 radələrində “Xalqlar Dostluğu” metrosunun yaxınlığında baş verib. Çağırışla hadisə yerinə yollanan tibbi presona 60 yaşında kişi meyidi aşkarlayıb. Həkimin çağırışı əsasında Xətai rayonu 35-ci Polis Bölməsindən əməkdaşlar gəlib və meyid polisə təhvil verilib.

Qeyd edək ki, hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, dayanacaqda avtobus gözləyən kişinin qəflətən vəziyyəti pisləşib və o yerə yıxılıb. Dərhal vətəndaşlar təcili yardım çağırıb. Lakin həkim gəlincə kişi ölüb.
Ölən şəxsin kimliyi araşdırılır.

Şərhlər